Ucnoqta.az
www.ucnoqta.az

Bakıda istirahət mərkəzində kütləvi dava: <font color=red><b>xəsarət alan var</b></font>

08:33 - 20 İyul 2019 tarixində dərc olunub.

Bakının Xəzər rayonunda kütləvi dava zamanı bir nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, APA-ya bu barədə Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.

Şüvəlan qəsəbəsində yerləşən istirahət mərkəzlərinin birində beş nəfər naməlum şəxs 1984-cü il təvəllüdlü İsmayılov Xalıq Vaqif oğlunu döyüb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.

Hadisəni törədənlər Xəzər RPİ tərəfindən axtarılır.

Müəllif: