Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib

15:04 - 9 İyul 2019 - İQTİSADİYYAT

Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. Qeyd edək ki, bundan əvvəlki valyuta hərracı Mərkəzi Bankda iyulun 4-də keçirilmişdi. Həmin vaxt da hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdı. /trend

Xəbər xətti