Azərbaycan-Hindistan biznes forumu keçirilib

11:25 - 2 İyul 2019 - İQTİSADİYYAT

Bakı Biznes Mərkəzində Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondunun və Hindistanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı (AZPROMO) ilə Azərbaycan-Hindistan biznes forumu keçirilib.

İqdisadiyyat Nazilrliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, tikinti, alternativ enerji, İKT, səhiyyə, təhsil, maliyyə, tekstil, qida, logistika, turizm sahələrində fəaliyyət göstərən 100-dək sahibkar iştirak edib.

Biznes-forumda təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verən AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev qeyd edib ki, indiyədək hər iki tərəfdən işgüzar dairələrin iştirakı ilə biznes forum və işgüzar görüşlər keçirilib, Hindistan şirkətlərinin istehsal etdiyi məhsulların Azərbaycanda sərgiləri təşkil olunub. Azərbaycan və Hindistan iş adamları arasında əlaqələrin inkişafının əhəmiyyətini vurğulayan Yusif Abdullayev iş adamlarını qarşılıqlı əməkdaşlığı genişləndirməyə dəvət edib.

Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühitinin hindistanlı iş adamları üçün geniş imkanlar açdığını qeyd edib, iqtisadi-ticarət sahəsində əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Biznes forumda iş adamları arasında ikitərəfli görüşlər keçirilib.


Xəbər xətti