Azərbaycanda avtomobil istehsalı artıb

10:16 - 28 İyun 2019 - İQTİSADİYYAT

2019-cu ilin yanvar-may aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 91,7 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 63,9 faiz, maşın və avadanlıqların istehsalı 15,8 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 1,8 faiz azalıb.

Dövr ərzində 631 ədəd traktor, 926 ədəd minik avtomobili istehsal olunub./trend

Xəbər xətti