Çində metroda inşaat vaxtı tunelin çökməsi nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə itkin düşüb.
Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Şandun əyalətinin Çindao şəhərində qeydə alınıb. Bu barədə “thePaper” nəşri məlumat yayıb.
İnsident mayın 28-i gecə metropolitenin dördüncü xəttində baş verib.
Qəza zamanı tuneldə 5 işçi olub.
Hazırda xilasedicilər 3 nəfərin meyitini tapıblar. Daha iki nəfər isə itkin hesab olunur.
Axtarış və xilasetmə işləri davam etdirilir.
Namiq