Ucnoqta.az
www.ucnoqta.az

<b>Metronun tuneli çökdü:<font color=red> 3 ölü</font></b>

08:51 - 28 May 2019 tarixində dərc olunub.

Çində metroda inşaat vaxtı tunelin çökməsi nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə itkin düşüb.

Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Şandun əyalətinin Çindao şəhərində qeydə alınıb. Bu barədə “thePaper” nəşri məlumat yayıb.

İnsident mayın 28-i gecə metropolitenin dördüncü xəttində baş verib.

Qəza zamanı tuneldə 5 işçi olub.

Hazırda xilasedicilər 3 nəfərin meyitini tapıblar. Daha iki nəfər isə itkin hesab olunur.

Axtarış və xilasetmə işləri davam etdirilir.

 

Namiq

Müəllif: