Türkiyənin "Botas International Limited" (BIL) şirkəti tərəfindən bu günədək Ceyhan neft terminalından 3,22 mlrd. barel neft yola salınıb.
ONA-nın şirkətə istinadən verdiyi məlumata görə, hesabat dövründə terminaldan 4 200 tanker yüklənilib. Bu il (bu günə olan vəziyyətə görə) Ceyhan neft terminalından 93,405 mln. barel neft və 115 tanker yüklənilib.
Qeyd edək ki, bu ilin aprelin 23-dən mayın 21-dək terminalda 22 tanker yüklənilib.
Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.