Elman Rüstəmov: "Manatın məzənnəsi sabit qalacaq"

12:32 - 26 Aprel 2019 - İQTİSADİYYAT

Azərbaycanda manata nisbətdə dolların məzənnəsinin qalxması üçün heç bir ilkin şərt yoxdur.

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, Azərbaycan neftinin bahalaşması beynəlxalq valyuta ehtiyatlarının artırılmasını təmin edir ki, bu da manatın məzənnəsinin sabitliyinə müsbət təsir göstərir:

“Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir, tədiyyə balansı profisitlidir”./trend

Xəbər xətti