CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 18-də 74,5 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,09 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,13 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,68 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətə bərabərdir.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,19 dollar/barel azdır.