Bu ərazilərdə işıq olmayacaq

15:09 - 12 Aprel 2019 - Xəbər

Qaradağ rayonunun bəzi ərazilərində yenidənqurma işləri ilə əlaqədar işıq olmayacaq.

Ucnoqta.az xəbər verir ki, “Azərişıq” ASC-dən "Ölkə.Az"a verilən məlumata görə, bu gün saat 12.30-dan 16-00-dək 110 kv-luq 5-ci Xırdalan və 110/35/6 kv-luq 137 saylı yarımstansiyada aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ-sol hissələrindəki həyət evlərinin elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir. 

Xəbər xətti