Bakıdan Çelyabinsk şəhərinə təyyarə reysi açılıb

18:30 - 10 Aprel 2019 - Xəbər

Rusiyanın “İrAero” şirkəti Bakıdan Çelyabinsk şəhərinə birbaşa təyyarə reysi açıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, Çelyabinsk hava limanının nümayəndəsi Vera Polkorıtova ilkin olaraq uçuşların iyunun 20-dək çərşənbə axşamı, sonra cümə axşamı günləri həyata keçirilməklə həftədə bir dəfə icra ediləcəyini deyib.

Çelyabinsk - Bakı istiqamətində ilk uçuşda 29 nəfər sərnişin iştirak edib. “Çelyabinsk Hava Müəssisəsi”nin kommersiya direktoru Dmitri Miasnikov tələbat artarsa, gələcəkdə reyslərin sayını artıracaqlarını istisna etməyib.

Xəbər xətti