Bakının üç qəsəbəsində içməli su olmayacaq

14:44 - 10 Aprel 2019 - Xəbər

Bu gün Bakının üç qəsəbəsində içməli suyun verilməsi məhdudlaşdırılacaq.

Ucnoqta.az xəbər verir ki, “Azərsu”dan “Report”a verilən məlumata görə, Bakı şəhəri Suraxanı rayonu ərazisində magistral xətlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar aprelin 10-da gün ərzində Yeni Günəşli yaşayış massivinə, Suraxanı və Qaraçuxur qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xəbər xətti