“Brent” markalı neftin bir barelinin qiyməti 71 dolları ötüb.
Bu, 2018-ci il noyabrın 12-dən sonra ilk dəfədir qeydə alınıb. Hərracların nəticələrinə görə, Şimal dənizində hasil olunan “Brent” markalı neft qarışığının bir barelinin iyun fyuçersləri 0,81 faiz artaraq 70,91 dollara çatıb, bundan bir qədər sonra isə 71,02 dollaradək yüksəlib.
Eyni zamanda WTI markalı neftin bir barelinin qiyməti 1,4 faiz artaraq 64,02 dollara çatıb./report