Azərbaycanın tikinti materialları “MosBuild 2019” sərgisində

17:31 - 1 Aprel 2019 - İQTİSADİYYAT

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları 2-5 aprel tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək “MosBuild 2019” beynəlxalq tikinti və inşaat materialları sərgisində nümayiş olunacaq.

Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, sərgidə 10 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edəcək.
Sərgi çərçivəsində potensial müştərilərlə görüşlər keçiriləcək, məhsulların ixracına dair müzakirələr aparılacaq.

Xəbər xətti