Azərbaycan nefti bahalaşıb

23:43 - 13 Mart 2019 - İQTİSADİYYAT

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 12-də 67,94 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,4 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,4 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 64,5 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,52 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 65,64 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,4 dollar/barel çoxdur.

Xəbər xətti