Azərbaycan İtaliyaya alüminium ixrac edəcək

21:36 - 3 Mart 2019 - İQTİSADİYYAT

Bu il Gəncə Alüminium zavodunun məhsulları yeni istiqamət olan İtaliyaya ixrac ediləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə müəssisədən bildirilib. Mənbənin verdiyi məlumata əsasən, hazırda zavodun məhsulları demək olar ki, tamamilə ixraca yönəlib.

Mənbə qeyd edib: "Şirkətin məhsulları bir sıra Avropa və keçmiş Sovet İttifaqı ölkələrinə ixrac edilir və yaxın aylarda İtaliya bazarına ixrac həyata keçiriləcəkdir. Gəncə Alüminium Zavodu ixrac mallarının davamlılığını təmin etmək məqsədilə istehsal həcmlərini artırmağı planlaşdırır".

Qeyd edək ki, bu il şirkət istehsal həcmini 52,447 min tona qədər artırmağı planlaşdırır. Ötən il eyni dövrdə bu göstərici 51,967 min ton olub.

Xəbər xətti