CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 28-də 67,62 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,35 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 66,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,36 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 63,52 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,42 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 65,07 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,31 dollar/barel azdır.