Novruz Məmmədov və Salome Zurabişvili birgə işçi nahar ediblər

14:46 - 27 Fevral 2019 - Xəbər

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov və ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti xanım Salome Zurabişvili fevralın 27-də birgə işçi nahar ediblər.

Nazirlər Kabinetindən verilən məlumata görə, səmimi söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Xəbər xətti