Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınbirinci mərtəbədən 24-cü mərtəbəyə qədər davam edib.
Ucnoqta.az xəbər verir, bu barədə “Report”a Dövlət Yanğından Mühüfizə Xidmətinin Qərargah rəisi Əkbər Novruzov məlumat verib. O, yanğının tam söndürüldüyünü deyib.
Ə.Novruzov bildirib ki, binada olan bütün sakinlər təxliyə edilib, hazırda binada heç kəs qalmayıb. Ümumilikdə təxminən 60-dan çox sakin təxliyə olunub.
Yanğına görə əraziyə 18 yanğınsöndürən maşın və 70 nəfər canlı heyət cəlb olunub.