Azərbaycan nefti bahalaşıb
00:25 - 14 Fevral 2019 - İQTİSADİYYAT
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 12-i 64,74 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,39 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 63,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,36 dollar/barel çoxdur.