CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 6-da 64,38 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,6 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 63,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,4 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 60,24 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,47 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 62,31 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,61 dollar/barel çoxdur.