Dövlət Neft Fondu (SOFAZ) valyuta satışı ilə bağlı açıqlama yayıb.
Fondun mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin yanvar ayı ərzində 634,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Qeyd edək ki, SOFAZ tərəfindən 2018-ci ilin dekabr ayı ərzində 677,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.