Azərbaycan nefti ucuzlaşıb

23:40 - 1 Fevral 2019 - İQTİSADİYYAT

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 31-də 63,69 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,14 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 62,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,14 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,88 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,32 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 62,2 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,15 dollar/barel azdır.

Xəbər xətti