Yanvarın 29-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş Konfrans çərçivəsində İqtisadiyyat, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı nazirlərinin, Dövlət Gömrük Komitəsinin və Qida Təhlükəsizliyi Agentliyinin sədrlərinin iştirakı ilə sahibkarlarla görüş keçirilib.
Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş Konfransda dövlət başçısı 3-cü Dövlət Proqramının icrası çərçivəsində görülmüş işləri yüksək qiymətləndirib, qarşıdakı illərdə iqtisadiyyatın, o cümlədən sahibkarlığın inkişafı istiqamətində mühüm vəzifələr müəyyənləşdirib.
İqtisadiyyat naziri qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdəki ictimai-siyasi sabitlik, həyata keçirilən davamlı islahatlar nəticəsində yaradılan güclü iqtisadi potensial dünyada gedən çətin geosiyasi proseslər fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin edib, regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayıb. Son dövrlərdə ölkəmizdə müasir iqtisadi şəraitin tələblərinə uyğun olaraq çoxşaxəli və ardıcıl islahatlar həyata keçirilir, qeyri-neft ixracının artırılması üzrə kompleks stimullaşdırıcı tədbirlər görülür, biznes-investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qeyri-neft sektorunun inkişafı təmin edilir, sahibkarlığa dövlət dəstəyi daha da gücləndirilir.
Həyata keçirilən genişmiqyaslı islahatlar mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında, o cümlədən Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha yüksək səviyyəyə qalxmasına imkan verib. Belə ki, Dünya Bankının dərc etdiyi “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi əvvəlki illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB ölkələri arasında lider mövqeyə yüksəlib.
İqtisadiyyat naziri Şahin Mustafayev diqqətə çatdırıb ki, icrası başa çatan Dövlət Proqramı çərçivəsində 2014-2018-ci illərdə regionların inkişafına ümumilikdə 24,2 milyard manat vəsait yönəldilib. Dövlət başçısının şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığı 400-dən çox sərəncamla 2,8 milyard manat vəsaitin ayrılması regionların sosial-iqtisadi inkişafında həlledici rol oynayıb.
Qeyd edilib ki, kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması, yerli istehsalın stimullaşdırılması məqsədi ilə dövlət satınalmalarında yerli məhsulların dəyərinə 20% güzəştin tətbiqi, ixrac təşviqinin verilməsi və digər dövlət dəstəyi mexanizmləri ölkədə sahibkarlığın inkişafında mühüm rol oynayır.
Pambıqçılıq, tütünçülük, baramaçılıq, sitrus meyvəçiliyi, çayçılıq, çəltikçilik, şərabçılıq və xalçaçılıq sahələrinin inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları və bu sahədə görülən işlər
İqtisadiyyat Nazirliyi aqrar sektorun və sənayenin inkişafında, ixrac potensialının artmasında və regionlarda məşğulluq səviyyəsinin yüksəlməsində xüsusi əhəmiyyət kəsb edir.
Vurğulanıb ki, ölkədə sahibkarlığın dəstəklənməsi, özəl investisiyaların təşviqi, vergi güzəştlərinin optimallaşdırılması və iqtisadi səmərəsinin yüksəldilməsi, startapların, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərinin yaradılması sahibkarlığın inkişafı üçün geniş imkanlar açır.
Bildirilib ki, qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini və siyasətini həyata keçirmək məqsədi ilə mühüm struktur islahatları həyata keçirilib.
Nazir Şahin Mustafayev qeyd edib ki, gömrük rəsmiləşdirilməsi sahəsində aparılan islahatlar ölkəmizdə sahibkarlığın inkişafına, qeyri-neft məhsullarının ixracına əlavə stimul yaradıb və biznes mühitinin daha da yaxşılaşmasında əhəmiyyətli addım olan hökumət-biznes münasibətlərində “Könüllü riayət mədəniyyəti”nin əsasını qoyub.
İqtisadiyyat naziri əhalinin məşğulluğunun təmin olunması, yаşаyış səviyyəsinin daha da yaxşılaşdırılması, vətəndaşların ünvanlı sosial yardımdan asılılığının aradan qaldırılması, məşğulluğun artırılması iqtiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Sosial layihələrin reallaşdırılmasında əvəzsiz xidmətləri olan Heydər Əliyev Fondunun, şəxsən I Vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial layihələr regionlarda yaşayan əhalinin rifahının yüksəlməsinə mühüm töhfə verir.
Nazir Şahin Mustafayev qeyd edib ki, regionların inkişafında Sumqayıt və Mingəçevirdə sənaye parklarının, Neftçala, Masallı, Hacıqabul və Sabirabadda sənaye məhəllələrinin yaradılması, 33 rayonun ərazisində 51 aqroparkın və iri fermer təsərrüfatlarının təşviqi bölgələrin potensialından səmərəli istifadə etməklə sahibkarlığın inkişafını sürətləndirir.
Diqqətə çatdırılıb ki, ixracın təşviqi, xüsusilə qeyri-neft ixracının dəstəklənməsi məqsədilə indiyədək 24 ixrac missiyası təşkil edilib, Azərbaycan şirkətləri 17 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib, müqavilələr imzalanıb, 104,2 milyon dollar dəyərində məhsulların müxtəlif ölkələrə, o cümlədən bir sıra yeni bazarlara ixracı ilə əlaqədar 8 milyon manatadək ixrac təşviqinin ödənilməsinə dair qərarlar qəbul edilib.
İnvestisiyanın təşviqi mexanizmlərindən danışan İqtisadiyyat naziri diqqətə çatdırıb ki, indiyədək 292 sahibkarlıq subyektinə 332 investisiya təşviqi sənədi verilib. Bu layihələrin icrası nəticəsində yerli istehsala 2,8 milyard manatdan artıq investisiya yatırılacaq, 22 minədək yeni iş yeri yaradılacaqdır. Bu layihələrin 87%-i regionların payına düşür.
Qeyri-neft sektorunun inkişafına dövlət dəstəyi tədbirləri nəticəsində 2014-2018-ci illərdə qeyri-neft sektoru 8%, qeyri-neft sənayesi isə 32% artıb. Görülən işlər nəticəsində 2004-2018-ci illər ərzində 1,5 milyonu daimi olmaqla 2 milyondan çox iş yeri açılıb.
Dövlət Proqramının icrası dövründə Azərbaycan arıçılar, şərab, nar, meyvə-tərəvəz, fındıq, xurma, zeytun, tütün, tekstil, çay, süd və süd məhsulları, istehsalçıları və ixracatçıları, qablaşdırma sənayesi, mebel, tikinti materialları, maşın və avadanlıq istehsalçıları və qadın sahibkarlığının inkişafı assosiasiyaları fəaliyyətə başlayıb və artıq bu sahələrin inkişafına öz müsbət töhfəsini verir.
2014-2018-ci illərdə 16 mindən çox sahibkarın ümumi dəyəri 2,6 milyard manat olan layihəsinə 1 milyard manatdan çox güzəştli kredit verilib, bunun 79%-i aqrar sektorun, 21%-i isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş güzətşli kreditlərin 70%-i regionların payına düşür.
2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 160,2 milyon manat güzəştli kredit verilib. Bu ildə də tamamilə geri qaytarılan vəsaitlər hesabına minimum 160 milyon manat kredit verilməsi nəzərdə tutulur.
Dövlət başçısının müvafiq Fərmanı ilə yaradılmış İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti, iri rayon və şəhərlərdə yaradılacaq “Kiçik və Orta Biznes evləri” kiçik və orta sahibkarlığın rolunu və rəqabət qabiliyyətini daha da artıracaq, sahibkarların dövlət xidmətlərinə vahid məkan prinsipi əsasında çıxışını təmin edəcəkdir.
Hazırda “KOB Dostu” şəbəkəsinin də genişləndirilməsi işləri aparılır. Artıq Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Gəncə və Yevlaxda “KOB Dostu” fəaliyyət göstərir.
çərçivəsində sahibkarlarla keçirilmiş görüşdə qaldırılan məsələlərin həlli istiqamətində ötən müddətdə görülmüş işlər barədə məlumat verib.
Görüşdə sahibkarların iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən sənaye, kənd təsərrüfatı, vergi, gömrük, ixrac, əmək münasibətləri və s. sahələr üzrə iş adamlarının təklifləri dinlənilib, müzakirələr aparılıb, sualları cavablandırılıb.
Tədbirin sonunda İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında “Ticarətin Asanlaşdırılması”na dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəddə ticarətin asanlaşdırılması istiqamətində birgə tədbirlərin görülməsi, xarici ticarət iştirakçılarına daha əlverişli biznes mühitinin yaradılması, idxal-ixrac əməliyyatlarının optimallaşdırılması və digər sahələr üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur