BMT Venesuelada tərəfləri dialoqa çağırıb

19:01 - 24 Yanvar 2019 - DÜNYA

BMT Venesueladakı siyasi böhranı dialoq yolu ilə həll etməyə çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Davosda BMT-nin Baş katibi Antonio Qutierreş bildirib.

“Bu ölkədə dialoqun mümkün olacağına, gərginliyin daha da artmayacağına ümidvarıq”, – BMT rəhbəri Venesueladakı vəziyyətlə bağlı sualı cavablandırarkən deyib.

O, fəlakətə yol verməmək üçün siyasətçiləri danışıqlar masasına dəvət edib: "Venesueladakı mövcud vəziyyətdən, əhalinin çəkdiklərindən narahatıq”.

Xatırladaq ki, ötən gün Karakasdakı mitinq zamanı Venesuela parlamentinin sədri, müxalifət lideri Xuan Quaydo özünü dövlət başçısı əvəzi elan edib.

Son günlərdə ölkə boyu keçirilən etiraz aksiyaları zamanı azı 16 nəfər ölüb, 218 nəfər də saxlanılıb.

Xəbər xətti