Rusiyada sərnişin təyyarəsini qaçıran şəxs saxlanılıb

15:55 - 22 Yanvar 2019 - DÜNYA

Rusiyanın “Aeroflot” dövlət şirkətinə məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi Surqut – Moskva reysini yerinə yetirərkən silahlı şəxs tərəfindən ələ keçirilib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, 41 yaşlı Pavel Şapovalov adlı sərnişin təyyarəni Əfqanıstana yönəltməyi tələb edib. “Flight Radar” xidmətinin məlumatına görə, aralarında bir körpə olan 69 sərnişini daşıyan təyyarə Xantı-Mansiysk şəhəri yaxınlığında enişə gedir.
Milli antiterror mərkəzindən verilən məlumata görə, həmin şəxs saxlanılıb. 

Xəbər xətti