Britaniya döyüş təyyarələrini İraq və Suriyadan çıxarır

19:19 - 22 Yanvar 2019 - DÜNYA

Britaniya Hərbi Hava Qüvvələrinə aid “RAF Typhoon” tipli 8 döyüş təyyarəsini 2019-cu ilin fevarı ayından İraq və Suriyadan çıxarmağa başlayacaq.

“Report” xəbər verir ki, bu məlumatı “Daily Mail” yayıb.

Bildirilib ki, “RAF Typhoon” tipli 6 döyüş təyyarəsi və 10-a qədər “Reaper” Pilotsuz Uçan Aparat Orta Şərqdə saxlanılacaq.

Məlumata görə, döyüş təyyarələri bölgədən çıxarılsa da, Britaniya Suriyadakı rejimə qarşı mübarizə zəifləmədən davam etdirəcək.

Xəbər xətti