Rusiya Federasiyasının Dövlət Duması bu il Avropa Şurasına üzvlük haqqı ödəməmək, Avropa Şurası Parlament Assambleyasına da nümayəndə heyəti göndəməmək barədə qərar çıxarıb.
“Report” parlamentin saytına istinadən xəbər verir ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodin səbəb kimi Rusiyanın AŞPA-da neçə ildir səs hüququndan məhrum olunduğunu, Rusiyaya qarşı uzun müddətdir kampaniya yeridildiyini qeyd edib.