“İŞİD darmadağın edilib. Ancaq bununla belə, Suriyada qalacağıq”.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Maykl Pens bildirib.
“İŞİD darmadağın edilib. Hərbçilərimiz evə qayıdırlar. Ancaq biz İŞİD-in iyrənc sifətini göstərməməsinə əmin olmaq üçün bölgədə qalacağıq. Əsgər və koalisiyadakı tərəfdarlarımızın əldə etdikləri nailiyyətləri qoruyacağıq”, - o vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti bu bəyanatı İŞİD Menbiçdə terror aktı törədəndən bir neçə saat sonra verib. O, çıxışında bu hadisədən bəhs etməyib.