Suriyanın Minbic rayonunda baş verən partlayış nəticəsində azı 9 nəfər ölüb, 20 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hadisə şəhərin mərkəzində ABŞ hərbi patrulunun hərəkət yolunda baş verib.