ABŞ dövlət katibi Mayk Pompeo və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu telefon danışığı aparıb.
Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, rəsmilər Suriyadakı vəziyyəti müzakirə ediblər.
Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Robert Palladino bildirib.
Rəsmilər ABŞ-ın Suriyadan qoşunlarının çıxardılmasının bir hissəsi kimi iki ölkələr arasında məsləhətləşmələrin vacibliyini qeyd ediblər.
Pompeo telefon danışığında həmçinin Türkiyə-Suriya sərhədində Türkiyənin təhlükəsizlik məsələlərinin həll olunmasına ABŞ-ın sadiq olduğunu deyib. Pompeo bundan başqa ABŞ və İŞİD-lə mübarizə aparan beynəlxalq koalisiya ilə işləyən qüvvələrin də müdafiə olunmasının lazım olduğunu bildirib.