Qətər İraqa 1 milyard dollar verəcək

19:48 - 11 Yanvar 2019 - DÜNYA

Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani İraq Prezidenti Bəhram Salehlə Dohadakı danışıqlarda əmirliyin respublikada infrastrukturun bərpa edilməsinə bir milyard dollar investisiya yatırmağa hazır olduğunu təsdiq edib.

Görüşdə iki ölkənin rəhbərləri münasibətlərin ilk növbədə iqtisadi, ticarət, investisiya sahələrində, infrastruktur və turizm layihələrində möhkəmləndirilməsi imkanlarını müzakirə ediblər. Bundan başqa, liderlər iqtisadi və ticarət münasibətlərinin inkişafı üçün Qətərin Həməd və İraqın Umm Kəsr limanları arasında birbaşa gəmi yolunun istifadəyə verilməsi ilə bağlı razılığa gəliblər.

Qeyd edək ki, İraq Prezidenti yanvarın 9-dan Qətərdə rəsmi səfərdədir. B.Saleh Dohaya ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə danışıqlardan sonra gəlib. M.Pompeo da Strateji dialoq konfransında iştirak etmək üçün bazar günü Qətərə səfər edəcək.trend

Xəbər xətti