Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəməri (TAP) 2020-ci ildə istifadəyə veriləcək.
Bu barədə İtaliya hökumətinin Avropa Komissiyasına təqdim etdiyi Enerji və iqlim üzrə Milli Planın layihəsində deyilir. Sənəddə deyilir: “İtaliyaya 8,8 milyard kubmetrə yaxın qaz idxal etməyə imkan verəcək və buraxılış gücünün illik 10 milyard kubmetrədək artırılması imkanına malik TAP 2020-ci ildə istifadəyə veriləcək”.
Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan TAP boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə gedərək İtaliyanın cənubuna çatdırılacaq.trend