ABŞ dövlət katibi İraqa səfər edib
21:00 - 9 Yanvar 2019 - DÜNYA
Pompeo gözlənilmədən İraqa səfər etdi
ABŞ dövlət katibi Mayk Pompeo gözlənilmədən İraqa səfər edib.
Oxu.Az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
Bildirilir ki, Pompeo səfər çərçivəsində İraq rəsmiləri ilə görüşlər keçirəcək. Konkret olaraq o, İraq baş naziri və prezidenti ilə danışıqlar aparacaq.
Pompeo ABŞ-ın İraqın suverenliyi və ərazi bütövlüyünə dəstək verdiyini bildirib.