İsrailin sabiq energetika və infrastruktur naziri Qonen Segev 11 il müddətinə həbs edilib.
O, İran kəşfiyyatı üçün casusluq etməkdə təqsirli bilinib.
Qeyd olunur ki, Q.Segev 2012-ci ildə Nigeriyaya səfəri zamanı İran səfirliyində xüsusi xidmət əməkdaşlarına məlumatlar ötürüb. Q.Seqev, həmçinin iranlı vasitəçilərə şifrələnmiş məlumatların ötürülməsində, onlarla dünyanın müxtəlif ölkələrində görüşməkdə ittiham olunub.
Qonen Segev 1992-1996-cı illər İsrail parlamentinin deputatı, 1995-1996-cı illərdə energetika və infrastruktur naziri olub.trend