Almaniyada millət vəkili hücuma məruz qalıb

12:40 - 8 Yanvar 2019 - DÜNYA

Almaniyanın Bremen şəhərində “Almaniya üçün alternativ” Partiyasının yerli bölməsinin sədri, millət vəkili Frank Maqnitz üç nəfər maskalı şəxsin hücumuna məruz qalıb.

“Report” “Deutsche Welle”yə istinadən xəbər verir ki, polisdən verilən məlumata görə, millət vəkili ilk zərbələrdən huşunu itirib yerə yıxılandan sonra da maskalılar onu başından təpikləyiblər. 

Nəticədə F.Maqnitz ciddi xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Xəbər xətti