İranda qum qasırğası - 43 nəfər xəstəxanaya düşüb

19:27 - 7 Yanvar 2019 - DÜNYA

İranın Kirman vilayətinin şərqində baş verən güclü qum qasırğası nəticəsində indiyədək 43 nəfər tibb məntəqələrinə müraciət edib.

Trend-in məlumatına görə, Riqan rayonunun qubernatoru Əmin Baqiri deyib ki, hazırda 120 kənd qum qasırğasının mühasirəsindədir.

Qasırğa həmçinin tranzit yolda hərəkətin ləngiməsinə səbəb olub.

Xəbər xətti