Fransada 345 nümayiş iştirakçısı saxlanılıb

18:29 - 7 Yanvar 2019 - DÜNYA

Yanvarın 5-də Fransada “Sarı jiletlilər” hərəkatının keçirdiyi etiraz nümayişləri zamanı 345 nəfər polis tərəfindən saxlanılıb, onların 281-i barəsində həbs qətimkan tədbiri seçilib.

“Report” “Le Mond”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Lakin həbs edilənlər arasında elə həmin gün Dövlət Katibliyi və Parlamentlə Əlaqələr Nazirliyinin binalarına törədilən hücumların iştirakçılarından olub-olmadığı bildirilmir.

Qeyd edək ki, həmin vaxt əynində sarı jilet olmayan bir neçə maskalı şəxs hökumət binasının əsas giriş qapısını sındıraraq yaxınlıqdakı avtomobillərə ziyan yetirmişdi, nəticədə idarə əməkdaşları arxa qapıdan çıxıb getməli olmuşdular.

Xatırladaq ki, Fransada yanacağın bahalaşmasına qarşı “sarı jiletlilər”in kütləvi etiraz aksiyaları ötən il noyabrın 17-də başlayıb. Ayrı-ayrı hallarda etiraz nümayişləri iğtişaşlara çevrilmişdi.

Xəbər xətti