Qabonda xalqı üsyana səsləyən hərbçilər həbs edildi

15:21 - 7 Yanvar 2019 - DÜNYA

Qabon hakimiyyəti bu gün milli radiostansiyanı ələ keçirən və xalqı Prezident Əli ben Bonqo Ondimbaya qarşı üsyana çağıran hərbçilərin həbs edildiyini elan edib.

Rabitə naziri və hökumətin mətbuat katibi Qi-Bertran Mapanqu bəyan edib ki, hərbi qiyama cəhd edənlər həbs olunub, bir hərbçi qaçıb: "Vəziyyət nəzarət altındadır". Qeyd olunur ki, səhər saatlarında radiostansiya binasına daxil olan bir qrup hərbçi hakimiyyəti ələ keçirdiklərini və yaxın günlərdə “Milli bərpa şurası”nın yaradılacağını bəyan edib.

Xatırladaq ki, Qabon Prezidenti Əli ben Bonqo Ondimba ötən ilin oktyabrında insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həmin vaxtdan onun səhhətində problemlərin olduğu deyilir.trend

Xəbər xətti