Çempionatın ikinci yarısına Antalyada hazırlaşan "Qarabağ" təlim-məşq toplanışında klubun bir neçə gənc futbolçusu da iştirak edir.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun əsas heyətə çağırdığı gənclər arasında oğlu Musa Qurbanov da var. U-19 millimizin üzvü Antalyada əsas komanda ilə toplanışa qatılıb.