Rusiya və İran Xəzər dənizində birgə təlimlər keçirməyi planlaşdırır
13:14 - 6 Yanvar 2019 - DÜNYA
Rusiya və İranın hərbi dəniz qüvvələri Xəzər dənizində birgə təlimlər keçirməyi planlaşdırır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Hüseyn Hənzadiyə istinadən "Mehr" agentliyi məlumat yayıb.
Məlumata görə, o bildirib ki, birgə təlimlər dənizdə iki ölkə arasında strateji və taktiki əməkdaşlığın səviyyəsini artıracaq. Hənzadinin sözlərinə görə, təlimlər taktiki və xilasetmə əməliyyatlarının işlənməsi, eləcə də dəniz piratçılığı ilə mübarizə üzrə əməliyyatlardan ibarət olacaq.
Hənzadi təlimlərin nə zaman keçiriləcəyini açıqlamayıb, lakin onların yaxın gələcəkdə keçiriləcəyini bildirib.