Aleksandr Səmədov "Spartak"dan ayrıldı

19:32 - 5 Yanvar 2019 - İDMAN

"Spartak" futbolçusu Aleksandr Səmədovla yolları ayırıb.

Azərbaycan əsilli yarımmüdafiəçi ilə bu ilin yayında başa çatacaq müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, "Spartak"ın yetirməsi olan A.Səmədov əsas komanda ilə ilk oyuna 2002-ci ilin noyabrında çıxıb. 2005-ci  ildə "Spartak"dan ayrılan 34 yaşlı oyunçu 2017-ci ildə yenidən bu kluba qayıtmışdı. O, Moskva təmsilçisində 109 matçda 15 qol vurub.qol.az

Xəbər xətti