Avropa Klublar Assosiasiyası və Avropa Futbol Agentləri Assosiasiyasının təsis etdiyi “Globe Soccer Awards” başa çatan ilin ən yaxşılarının adını açıqlayıb.
2018-ci ilin ən yaxşı futbolçusu adına Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo layiq görülüb. O, ötən mövsüm sabiq klubu "Real"la Çempionlar Liqasının qalibi olub. 33 yaşlı hücumçu 2017/2018 mövsümündə  15 qolla turnirin ən yaxşı bombardiri adına yiyələnib.
DÇ-2018-in qızıl mükafatçısı Fransa millisinin çalışdırıcısı Didye Deşam 2018-ci ilin ən yaxşı məşqçisi seçilib. 
                       
                                             
                                                        
Ötən ilin ən yaxşı klubu isə Avroliqada 2017/2018 mövsümünün qalibi "Atletiko" olub.
Qeyd edək ki, 2018-ci ilin ən yaxşı agenti Jorje Mendeş seçilib.qol.az