İndoneziyanın Sumatra və Yava adalarını ayıran Zond boğazındakı Anak Krakatau vulkanı yenidən püskürüb.
Püskürmə nəticəsində 2 kilometr hündürlüyədək kül sovrulub. Bölgə rəhbərliyi sakinləri və turistləri vulkana 5 kilometrdən yaxın olmamağa çağırıb.
Xatırladaq ki, ötən il dekabrın 22-i vulkanın püskürməsi şiddətli sunamiyə səbəb olmuş, nəticədə 430 nəfər həlak olmuşdu.trend