SSRİ Əfqanıstan müharibəsinə görə süqut edib.
Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalının efirində səsləndirib. “Rusiya Sovet İttifaqı idi. Əfqanıstan isə SSRİ-ni Rusiyaya çevirdi, çünki Əfqanıstan müharibəsi onları müflis etdi”, - deyə Ağ Ev rəhbəri vurğulayıb.
Bununla belə, Tramp Moskvanın “Taliban”dan qaynaqlanan terror təhdidinə görə Əfqanıstana hərbi müdaxilə etməsini düzgün addım hesab edir.
O, hazırda Əfqanıstanda vəziyyətə ABŞ-la yanaşı, Rusiya, Hindistan və Pakistanın nəzarət etdiyini bildirib.