İraq Prezidenti bu gün Türkiyəyə səfər edəcək

12:13 - 2 Yanvar 2019 - DÜNYA

 İraq Prezidenti Bərham Saleh bu gün Türkiyəyə səfər edəcək.

"Report" “Hurriyet”ə istinadən xəbər verir ki, o, paytaxt Ankarada Türkiyə rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.

Görüşlərdə əsasən son zamanlar Suriyada baş verən proseslər müzakirə olunacaq.

Qeyd edək ki, 2011-ci ildən vətəndaş müharibəsinin başladığı Suriya həm İraq, həm də Türkiyə ilə həmsərhəddir.  

Xəbər xətti