Yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqor arasında bu il revanş döyüşü ola bilər.
Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bunu UFC prezidenti Deyn Uayt bildirib. “Belə hesab edirəm ki, revanş ola bilər. Hər şey plan üzrə getsə, döyüş olacaq” – deyə o qeyd edib. Təkrar döyüş təklifi Konor Makqreqordan gəlib.
Xatırladaq ki, H.Nurməhəmmədov ötən ilin oktyabr ayında keçirilən döyüşdə Konor Makqreqora qalib gəlib.