"Qarabağ" Rumıniya klubu ilə qarşılaşacaq

17:32 - 28 Dekabr 2018 - İDMAN

"Qarabağ"ın Antalyadakı qış təlim-məşq toplanışı müddətində yoxlama oyunu keçirəcəyi daha bir rəqib müəyyyənləşib.

Ağdam təmslçisi Rumıniyanın yüksək liqasında çıxış edən "Botoşani" klubu ilə qarşılaşacaq. Rumıniya mətbuatı yanvarın 12-də keçiriləcək matçın yerli vaxtla 17:00-da (Bakı vaxtı ilə 18:00) başlayacağını yazıb.

Xatırladaq ki, "Qarabağ" yanvarın 23-də daha bir yoxlama oyununda Polşanın "Pyast" klubu ilə qarşılaşacaq.qol.az

Xəbər xətti