Dünyanın ən varlı idmançıları- Siyahı

18:42 - 27 Dekabr 2018 - İDMAN

Floyd Meyvezer Ronaldo və Messini qabaqladı

Məşhur “Forbes” nəşri dünyanın ən varlı idmançılarının siyahısını tərtib edib. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ilk pilləyə ABŞ-ın məşhur boksçusu Floyd Meyvezer  sahib çıxıb. O, geridə qalan ildə 285 milyon dollar qazanıb. İkinci pillədə 111 milyon dollarla Lionel Messi, 3-cü yerdə isə 108 milyon dollarla Kriştianu Ronaldo qərarlaşıb.

Tam siyahı aşağıdakı kimidir.

2018-ci  ilin ən çox qazanan idmançılarının siyahısı

1.Floyd Meyvezer  (ABŞ, boks) - 285 milyon dollar
2. Lionel Messi (Argentina, futbol) - 111  milyon dollar
3.Kriştiano Ronaldo (Protuqaliya, futbol) - 108 milyon dollar
4.Konor Makqreqor (İrlandiya, qarışıq üslubda (MMA) döyüşçü) - 99 milyon dollar
5.Neymar (Braziliya, futbol)- 90 milyon dollar
6.Lebron Ceyms (ABŞ, basketbol)- 85.5 milyon dollar
7.Roqer Federer (İsveçrə, tennis) -77.2 milyon dollar
8.Stefan Karri (ABŞ, basketbol) - 76.9 milyon dollar
9. Matt Ryan (ABŞ, Amerika futbolu) -67.3 milyon dollar
10.Mettyu Stafford (ABŞ, Amerika futbolu) - 59.5 milyon

Xəbər xətti