Zaxarova Qarabağdan danışdı: "Rusiyadan asılı olan hər nə varsa edəcəyik”

15:01 - 26 Dekabr 2018 - DÜNYA

Təəssüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsi həlli baxımından çox uzanır, həlli ilə bağlı dəqiq müddətləri öncədən demək çətindir.

Oxu.Az xəbər verir ki, bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova 2018-ci ildə keçirdiyi yekun brifinqində bildirib.

Onun sözlərinə görə, Rusiya Qarabağ münaqişəsinin ən qısa zamanda həllini dəstəkləyir.

“Münaqişənin həlli üçün həmsədr ölkə olaraq, Azərbaycan və Ermənistanla ümumi tarixi bölüşmüş bir ölkə olaraq, Rusiyadan asılı olan hər nə varsa edəcəyik”, deyə Zaxarova bildirib.

Xəbər xətti